Volkan Dəmirəl karyerasını bitirmək istədiyi vaxtı açıqladı

"Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl gələcək karyerası haqqında danışıb. Olimpsport.az xəbər verir ki, 34 yaşlı qolkiper Türkiyə mətbuatına verdiyi açıqlamada karyerasını bitirmək istədiyi vaxtı açıqlayıb:
 
"15 ildi ki, "Fənərbaxça” camisəinin içindəyəm. Futbolla vidalaşdıqdan sonra məşqçi və idarəedici kimi "Fənərbaxça”da çalışmaq istəyirəm. Azarkeşi olduğum komandanın kapitanı olmaq möhtəşəm bir duyğudu. Bu, məni qürurlandırır. "Fənərbaxça” icazə versə, 40 yaşında futbolla vidalaşacağam”.
 
Volkan milli karyerası və millidən uzaqlaşdırılması barədə də danışıb: "Bir müddət öncə vətən xaini elan edildim. Bu dəqiqə milli formasını geyinən futbolçuların yaşadıqlarını, mən daha öncə yaşadım. Həmişə milli komandanın yanındayam. Komandada olsam da, olmasam da hər məğlubiyyətə üzülürəm. Avropa çempionatında yaşananları heç bir futbolçuya arzulamıram. Bir mövqe nümayiş etdirmək istədim, milli formamdan oldum. 70 dəfə milli formasını geyinmişəm və komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam”.
 
Qeyd edək ki, Volkan Dəmirəl 2002-ci ildən "Fənərbaxça”da forma geyinir. O, 2014-cü ildə milli komandadan uzaqlaşıdırılıb.(futbol11.az)