Məşhur Hollandiyalı futbolçu və məşqçi Marko van Basten FİFA-nın texniki inkişaf şöbəsinin rəhbəri təyin edilib.
Olimpsport.az xəbər verir ki bu haqda FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Avqustun sonlarında Marko van Basten bildirmisdi ki, FİFA-da işləmək üçün Hollandiya yığma komandasının baş məşqçisi Danni Blindin köməkçisi vəzifəsindən gedəcək.
Marko van Basten indi FİFA-nın mənzil-qərargahında olub və səlahiyyətlərinin icrasına gələn həftədən başlayacaq.