Əfsanəvi qapıçının həyatı haqqında film çəkilir

Əfsanəvi qapıçı Lev Yaşinin həyatı haqqında film çəkilir. Olimpsport.az xəbər verir ki, artıq ekran əsərinin çəkilişlərinə başlanılıb.

 

Sənədli film janrında olacaq sənət əsərini “Mosfilm”in əməkdaşları ərsəyə gətirəcəklər. Krımda davam edən iş prosesində yaradıcı heyətə “Dinamo” İdman Cəmiyyətinin əməkdaşları, Yaşinin ailəsi və xanımı Valentina Timofeyeva da çox kömək edirlər.

 

Qeyd edək ki, bütün dövrlərin ən yaxşı qapıçılarından biri hesab edilən keçmiş SSRİ-nin “çərçivə qoruyucusu” 1994-cü ildə Dünya çempionatlarının bütün zamanlarının rəmzi heyətinə, 1998-ci ildə isə 20-ci əsrin dünya yığmasına “seçilib”. O, 1963-cü ildə “Qızıl top” mükafatını da qazanıb. Bu mükafatı qazanan ilk və hələ ki, yeganə qapıçı Lev Yaşindir.  (Apasport)