
Avropa çempionatında bu gün Azərbaycanın 9 güləşçisi çıxış edəcək
Bakı İdman Sarayında keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.
"Olimpsport" xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın 9 yunan-Roma güləşçisi döşək üzərinə çıxacaq.
Nihad Quluzadə (60 kq), Fərahim Mustafayev (67 kq), Murad Əhmədiyev (97 kq) təsnifat, Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) 1/8 final görüşünə çıxacaq.
Laçın Vəliyev (87 kq) təsəlliverici, Rəşad Məmmədov (55 kq) bürünc medal uğrunda görüşdə, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə finalda yarışacaq.
Qeyd edək ki, təsəlliverici, təsnifat və 1/8 görüşləri 10:30-da, bürünc medal uğrunda və final yarışları isə 18:00-da başlayacaq. Yarışlar Bakı İdman Sarayında keçiriləcək.
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
