
Karlo Ançelottinin oğlu Fransa klubunu çalışdıra bilər
İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti Liqa 1 təmsilçisi “Reyms”ə rəhbərlik edə bilər.
"Olimpsport" “Footmercato”ya istinadən xəbər verir ki, baş məşqçi axtarışlarını davam etdirən Fransa klubu Ançelottinin oğlunu da siyahıya salıb.
Siyahıda həmçinin hazırda “Havr"ı çalışdıran Luka Elsner, Kristof Qaltyenin PSJ-dəki keçmiş köməkçisi Joao Sakramento, "Yanq Boyz"un sabiq baş məşqçisi Joel Maqnin, “Brügge”dən Miron Musliç də yer alıblar. Klubun mövsüm öncəsi toplanışı başlamamışdan əvvəl yeni məşqçi ilə bağlı qərar verəcəyi bildirilib.
Qeyd edək ki, "Reyms" ölkə çempionatının cari mövsümünü 46 xalla 8-ci yerdə başa vurub.
Daha çox xəbər

















29-04-2025
Bakı İstanbul Liseyi və Cocuk Mərcanlı məktəbi arasında dostluq görüşü keçirilib







18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir


