Azərbaycanın həndbol millisi Özbəkistanda keçirilən çempionatda dördüncü olub
Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında dördüncü yeri tutub.
"Olimpsport" xəbər verir ki, yığma üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstanın "Astana" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 31:28.
Qeyd edək ki, milli yarımfinalda "Özbəkistan TJ" komandasına uduzub.