
Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar
Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar
"Formula 1" üzrə Azərbaycan Qran-Prisinə hazırlıqlar davam edir.
"Olimpsport" xəbər verir ki, yarışın təşkilatçısı Bakı Şəhər Halqası bu dəfə məktəblilər üçün paddok turları təşkil edib.
Şagirdlər məşhur avtoidman yarışına hazırlıq prosesi və pilotların mübarizə qaydaları ilə tanış olublar.
Gənclər “kral yarışları”nın təşkilində mühüm rol oynayan Yarış İdarəetmə Mərkəzinə baş çəkib, pit zolağında gəzmək imkanı əldə ediblər. Burada onlar yarış rəsmilərinin hazırlığı və qaydalara nəzarətin ciddi həyata keçirildiyi məkanları əyani görməklə yanaşı, prosesin necə icra edildiyini peşəkarlardan dinləyiblər.
Tur iştirakçıları komandaların yarış avtomobillərini hazırlıq vəziyyətinə gətirdiyi qarajlara baxış keçiriblər. Daha sonra məktəblilər üçün xüsusi hazırlanmış "Formula 1" bolidinin maketi üzərində dizayn nümayiş olunub, onun konstruksiyası barədə məlumat verilib.
Sonda məktəblilər onları maraqlandıran sualları təşkilatçılara ünvanlaya biliblər.
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
