Qvardiola cari mövsümün ən yaxşı baş məşqçisi seçilib
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünün ən yaxşı baş məşqçisi seçilib.
"Olimpsport" xəbər verir ki, bu barədə “şəhərlilər”in saytında bildirilib.
Qeyd edək ki, daha əvvəl ispaniyalı mütəxəssis sözügedən titulu komandasını çempion etdiyi 2017/2018, 2018/2019, 2020/2021 və 2022/2023 mövsümlərində də almışdı. Bu səfər isə “şəhərlilər” liqanın son doqquz oyunundan maksimum xal toplayaraq çempion ola bilib. “Arsenal” və “Liverpul”un iştirak etdiyi çempionluq yarışında “şəhərlilər” son 23 oyunu məğlubiyyətsiz başa vurub. Bundan başqa, “Mançester Siti” dörd il dalbadal çempion olmaqla Premyer Liqanın tarixi rekorduna imza atıb.