"Çelsi" klubunun baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

İngiltərənin "Çelsi" klubunun sabiq baş məşqçisi Mauritsio Poçettino "Mançester Yunayted"i çalışdıra bilər.

"Olimpsport" "BBC Sport"a istinadən xəbər verir ki, 52 yaşlı argentinalı mütəxəssis Erik ten Haqı əvəzləyə bilər.

"Çelsi" ötən gün baş məşqçisi ilə yolları ayırdığını açıqlayıb.

Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasını 63 xalla altıncı sırada bitirib. 2023-cü ildən M.Poçettinonun rəhbərliyi altında çıxış edən komanda 2023/2024 mövsümündə 27 qələbə, 10 heç-heçə, 14 məğlubiyyətlə yadda qalıb.