Azərbaycanın voleybol millisi Belçikaya yollanıb

Qızıl Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün II turun qarşılaşmaları üçün Belçikaya yollanıb.

"Olimpsport" xəbər verir ki, yığma mayın 24-26-da Belçika və Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, komanda Bakıda təşkil olunan I turda Rumıniya və Ukraynaya 0:3 hesabı ilə uduzub.