Dünya çempionu olan Azərbaycan cüdoçusu Vətənə qayıdıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Vətənə qayıdıb.

"Olimpsport" xəbər verir ki, cüdoçunu daşıyan təyyarə saat 10:20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Onu hava limanında yaxınları, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Elnur Məmmədov və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunub. Kotsoyevdən başqa Hidayət Heydərov (73 kq) da dünya çempionu olub.