"Futbol tarixinin ən pis məşqçisi mənəm" - Mourinyo

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 6-cı turunda "Lester"lə oyun öncəsi açıqlama verib.

Olimpsport.az xəbər verir ki, Portuqaliyalı mütəxəssis "Lester"in ötən mövsüm İngiltərə çempionluğuna layiq olduğunu deyib. Bundan başqa, o, özünü futbol tarixinin ən pis məşqçisi adlandırıb:

"Lester" ötən mövsüm çox yaxşı oynayırdı. İndi də yaxşı oynayırlar. Onlar çempionluğa layiq idilər. Ancaq tarixdə çempionluq ünvanını qoruya bilən çox az komanda var. Onlardan biri "Mançester Yunayted", digəri isə futbol tarixinin ən pis məşqçisinin (red - özünü nəzərdə tutur) çalışdırdığı komandadır. (red - "Çelsi" 2004/05, 2005/06 mövsümlər)

Qeyd edək ki, "Mançester Yunayted" - "Lester" oyunu bu gün keçirilib və Mourinyonun komandası 4-1 hesabı ilə qalib gəlib.