Yunanıstan çempionu "Beşiktaş"ın baş məşqçisi ola bilər

PAOK klubu ilə Yunanıstan çempionu olan Razvan Luçesku karyerasını Türkiyədə davam etdirə bilər.

"Olimpsport" yerli "Sabah" qəzəetinə istinadən xəbər verir ki, "Beşiktaş" 55 yaşlı mütəxəssislə maraqlanır.

İstanbul təmsilçisinin rəhbərliyinin rumıniyalı baş məşqçi ilə Yunanıstanda görüşdüyü vurğulanıb.

R.Luçeskunun "Beşiktaş"da işləməyə müsbət yanaşdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Razvan Luçesku tanınmış mütəxəssis Mirça Luçeskunun oğludur.