Yunanıstan klubunun futbolçusu avrokubokların tarixinə düşüb

Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu El Kaabi UEFA Konfrans Liqasının finalında İtaliya təmsilçisi "Fiorentina"nın qapısına vurduğu qolla tarixə düşüb.

"Olimpsport" "Opta Sport"a istinadən xəbər verir ki, ötən gün keçirilən matçın 116-cı dəqiqəsində fərqlənən mərakeşli hücumçu 14 qolla cari avrokubok mövsümünün bombardiri olub.

30 yaşlı futbolçu qollardan 11-ni pley-off mərhələsində vurub ki, bu da rekord göstəricidir.

Qeyd edək ki, "Olimpiakos" avrokuboklarda çempion olan ilk Yunanıstan klubu kimi də tarixə düşüb.