"Tottenham" klubunun futbolçusu Fransada qarət olunub
İngiltərənin "Tottenhem" klubunun futbolçusu İv Bissuma Fransanın Kann şəhərində qarət olunub.
"Olimpsport" xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bazar günü otelin yaxınlığında avtomobilindən düşərkən iki şəxsin hücumuna məruz qalıb.
Onlar Malidən olan oyunçunun 260000 funt sterlinq dəyərində qol saatını biləyindən qoparıblar. Həm də gözyaşardıcı qazdan istifadə ediblər.
Fransa polisi məsələ ilə bağlı araşdırmaya başlayıb. Bissuma və həyat yoldaşı bazar günü İngiltərəyə qayıdıb.