
Kobe Brayantın forması 1,2 milyon dollara satılıb
Helikopter qəzasında həyatını itirmiş məşhur basketbolçu Kobe Brayantın forması hərracda 1,2 milyon dollara satılıb.
"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, o, sözügedən formanı 2013-cü ildə “Qolden Steyt”ə 118:116 hesabı ilə qalib gəldikləri oyunda geyinib.
K.Brayantın imzalı formasının üzərində 2013-cü ilin fevralında vəfat edən “Los Anceles Leykers”in mərhum sahibi Cerri Bassın şərəfinə “JB” hərfləri yazılıb və NBA-nın loqotipi yerləşdirilib.
Qeyd edək ki, vəfat edən basketbolçunun 2007/2008 mövsümündə geyindiyi forma hərracda 5,8 milyon dollara satılmışdı. Bu, onun ən baha qiymətə satılan forması olub. İkiqat olimpiya çempionu, NBA-nın beşqat qalibi 2020-ci il yanvarın 27-də 13 yaşlı qızı ilə birlikdə helikopter qəzasında ölüb.
Daha çox xəbər

















29-04-2025
Bakı İstanbul Liseyi və Cocuk Mərcanlı məktəbi arasında dostluq görüşü keçirilib







18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir


