
Boks üzrə Şotlandiya çempionu yol qəzasından sonra dünyasını dəyişib
Boks üzrə Şotlandiya çempionu Endi Tem motosiklet qəzasından sonra dünyasını dəyişib.
"Olimpsport" BBC-yə istinadən xəbər verir ki, hadisə mayın 30-da baş verib.
28 yaşlı idmançının motosikleti Kembernaul şəhərində avtomobillə toqquşub. Ağır xəsarətlərlə Qlazqodakı Kraliça Elizabet Universitetinin xəstəxanasına aparılan idmançı iyunun 2-də vəfat edib.
Qeyd edək ki, ilk peşəkar döyüşünü 2019-cu ilin martında keçirən E.Tem ötən ilin sentyabrında yüngül çəkidə Şotlandiya çempionu olub.
Daha çox xəbər



Digər növlər
29-04-2025
Bakı İstanbul Liseyi və Cocuk Mərcanlı məktəbi arasında dostluq görüşü keçirilib







Baş redaktor
18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


Digər növlər
02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

Digər növlər
30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















Olimpiya Növləri
08-09-2024