"Neftçi"nin sabiq rəsmisi Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti olub

Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.

"Olimpsport" xəbər verir ki, Fərrux Mahmudov qurumda icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Fərrux Mahmudov mayın 31-də "Neftçi" Futbol Klubunun baş icraçı direktor vəzifəsindən ayrılıb.