De Bruyne Belçika millisində 100 oyun keçirən səkkizinci futbolçu olub
Kevin De Bruyne Belçika millisinin heyətində 100 oyun keçirən səkkizinci futbolçu olub.
"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bunu ötən gün Brüssel şəhərində Monteneqro ilə baş tutan yoldaşlıq matçında reallaşdırıb.
Qarşılaşmanın 44-cü dəqiqəsində komandasını qolla sevindirən De Bruyne fasilədə əvəzlənib.
Hazırda karyerasını davam etdirən futbolçulardan Yan Vertonqen (154), Aksel Vitsel (131), Romelu Lukaku (114) və Tibo Kurtua (102) da bu siyahıda yer alıb.
Qeyd edək ki, Belçika - Monteneqro görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.