İtaliya klubu hücumçu üçün "Arsenal"dan 130 milyon avro tələb edir

İngiltərənin "Arsenal" klubu İtaliya təmsilçisi "Napoli"də çıxış edən Viktor Osimheni almağa hazırdır.

"Olimpsport" xəbər verir ki, bu barədə insayder Nikolo Skira bildirib.

Onun sözlərinə görə, Neapol klubu 130 milyon avro qarşılığında nigeriyalı futbolçu ilə yollarını ayıra bilər. Hücumçu özü də komandasını dəyişmək istəyir.

Qeyd edək ki, Osimhen 2023/2024 mövsümündə 32 oyuna 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.