
Avropa Kuboku: Azərbaycan milliləri növbəti matçlarına çıxacaq
Bu gün 3x3 basketbol üzrə kişi və qadınlardan ibarət Azərbaycan milliləri Avropa kubokunda növbəti matçlarını keçirəcək.
"Olimpsport" xəbər verir ki, Kosovanın paytaxtı Priştinada keçirilən turnirin ikinci günündə ilk olaraq qadın basketbolçularımız meydana çıxacaq.
Saat 14:25-də başlayacaq matçda yığmamızın rəqibi Lüksemburq olacaq.
Raşa Deliçin yetirmələri ilk görüşdə Malta ilə qarşılaşıb və 17:14 hesabı ilə qələbə qazanıb.
Kişilərdən ibarət yığma isə Albaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın start fiti saat 14:50-də çalınacaq.
Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi dünən üç oyun keçirib. Komandamız Ermənistan (21:9), Kosovo (14:10) və Kipr, (21:16) seçmələrini üstələyib.
Daha çox xəbər


29-04-2025
Bakı İstanbul Liseyi və Cocuk Mərcanlı məktəbi arasında dostluq görüşü keçirilib







18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib
