İspaniya klubunun azarkeşləri irqçiliyə görə həbs ediliblər
İspaniyanın "Valensiya" klubunun üç azarkeşi 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.
"Olimpsport" ESPN-ə istinadən xəbər verir ki, buna fanatların "Real"la oyunda rəqib futbolçu Vinisius Junioru təhqir etmələri səbəb olub.
Onlar həmçinin İspaniya Kral Futbol Federasiyasının himayəsi altında keçirilən matçlarda iki il iştirak edə bilməyəcəklər.
Məhkəmə iclasında təqsirləndirilən tərəfdarlar irqçiliyə görə La Liqa rəhbərliyindən və "Real"dan üzr istəyiblər.