Bu gün Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək. Olimpsport.az xəbər verir ki, ilk oyun günündə mərkəzi görüşdə Almaniyada Dortmund "Borussiya"sı İspaniyanın "Real Madrid" klubunu qəbul edəcək.
Qrupun digər oyununda isə Portuqaliyanın "Sportinq" klubu Polşa "Legiya"sını qəbul edəcək.
E qrupunda Rusiya MOİK-i İngiltərənin "Tottenhem" klubu ilə qarşılaşacaq. Digər oyunda Fransanın "Monako" və Almaniyanın "Bayer" komandaları üz-üzə gələcək.
Çempionlar Liqası, qrup mərhələsi, II tur
27 sentyabr
E qrupu
22:45. MOİK (Moskva, Rusiya) - "Tottenhem" (İngiltərə)
22:45. "Monako" (Fransa) - "Bayer" (Almaniya)
Xal durumu: "Monako" - 3, "Bayer" - 1, MOİK - 1, "Tottenhem" - 0.
F qrupu
22:45. "Borussiya" (Dortmund, Almaniya) - "Real Madrid" (İspaniya)
22:45. "Sportinq" (Portuqaliya) - "Legiya" (Polşa)
Xal durumu: "Borussiya" - 3, "Real Madrid" - 3, "Legiya" - 0, "Sportinq" - 0.
G qrupu
22:45. "Lester" (İngiltərə) - "Portu" (Portuqaliya)
22:45. "Kopenhagen" (Danimarka) - "Brügge" (Belçika)
Xal durumu: "Lester" - 3, "Kopenhagen" - 1, "Portu" - 1, "Brügge" - 0.
H qrupu
22:45. "Sevilya" (İspaniya) - "Lion" (Fransa)
22:45. "Dinamoz" (Zaqreb, Xorvatiya) - "Yuventus" (İtaliya)
Xal durumu: "Lion" - 3, "Yuventus" - 1, "Sevilya" - 1, "Dinamo" - 0.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.