“Pekin-Paris” ralli iştirakçıları Şamaxıdan yürüşə davam ediblər
“Pekin-Paris” avtorallisinin iştirakçısı olan unikal retro avtomobillər bu gün səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısında bir araya gəlib.
"Olimpsport" xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə Azərbaycan ilk dəfə dünyanın ən həyəcanverici yarışlarından birinin iştirakçılarını qəbul edir.
Avtomobillər daha sonra Şamaxıya yola düşüblər.
Buradakı nümayiş zamanı avtomobillər həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub.
Avtomobillər Şamaxıdan Gürcüstan üzərindən marşruta davam edəcəklər.
Qeyd edək ki, “Pekin-Paris” 1907-ci ildə yaradılan və tarixi marşrutlardan biridir. Bu ralli keçmiş mexanika avtomobillərinə hörmət, eyni zamanda onların dözümlülük testidir. Ralli 14 000 km məsafəni əhatə edir.
Pekində start götürən ralli iyunun 23-də Parisdə başa çatacaq.