“Zirə” klubu Rəhim Sadıxovla yollarını ayırıb

“Zirə” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

"Olimpsport" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəhim Sadıxov paytaxt təmsilçisini tərk edib.

Hücumçu ilə klub arasında başa çatan müqavilə müddəti artırılmayıb.

Qeyd edək ki, "Zirə" daha əvvəl Dimitrios Çantakias, İlkin Muradov, Sezar Meza Kolli və Vladislav Kulaçla vidalaşıb.