ABŞ hökuməti Boliviya millisinin futbolçusunu Amerika Kubokunda iştirakdan məhrum edib

ABŞ hökuməti Boliviya millisinin futbolçusunu Amerika Kubokunda iştirakdan məhrum edib.

"Olimpsport" Boliviya Futbol Federasiyasına istinadən xəbər verir ki, yığmanın 16 yaşlı futbolçusu Moyses Paniaqua valideyinlərindən birinin yanında olmaması səbəbindən ölkədən çıxış icazəsi ala bilməyib.

Bu səbəbdən ABŞ höküməti yeniyetmə futbolçuya ölkəyə giriş üçün viza verməyib.

Qeyd edək ki, M.Paniaqua Amerika Kubokunda iştirak etmək üçün Boliviya yığmasının heyətinə cəlb olunmuşdu.