Braziliyalı futbolçu İngiltərə klubu ilə müqaviləsini ləğv edib

Braziliyalı futbolçu Filipe Koutinyo İngiltərənin "Aston Villa" klubu ilə müqaviləsini ləğv edib.

"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2026-cı ilə qədər nəzərdə tutulan anlaşmaya qarşılıqlı razılıq əsasında son qoyublar.

32 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında Qətərin "Əl-Duhail" klubunda keçirib. Hazırda azad agent olan Koutinyonun Braziliyaya qayıdacağı gözlənilir. Onun xidmətində ilk klubu "Vasko da Qama" maraqlıdır.

Qeyd edək ki, Braziliya millisinin heyətində 68 oyuna çıxan Koutinyo 21 qol vurub.