"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Olimpsport" xəbər verir ki, münhenlilər Yaponiya millisinin müdafiəçisi Hiroki İto ilə anlaşıb.

25 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, H.İtonun sonuncu klubu Almaniyanın “Ştutqart" kollektivi olub.