"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovun müqavilə müddəti açıqlanıb

Bu gün "Şamaxı"nın baş məşqçisi təyin olunan Ayxan Abbasovun müqavilə müddəti açıqlanıb.

"Olimpsport" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə 1 illik sözləşmə imzalanıb.

O, bu postda Ramiz Məmmədovu əvəzləyib.

Qeyd edək ki, Ayxan Abbasov son olaraq "Turan Tovuz"da işləyib.