Şotlandiyalı azarkeş açılış matçını izləmək üçün piyada 42 gün yol qət edib
Şotlandiyalı azarkeş Kreyq Ferqyuson Avropa çempionatının açılış matçını izləmək üçün Qlazqo şəhərindən Münhenə piyada 42 gün yol qət edib.
"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, Ferqyuson ümumilikdə 1600 kilometr yol gedib.
Kreyq Almaniyada həmvətənləri tərəfindən su və şampanla qarşılanıb. Bununla bağlı sosial şəbəkələrdə video da yayılıb.
Qeyd edək ki, Avropa çempionatının açılış matçı bu gün, saat 23:00-da təşkilatçı ölkə Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək.