Beynəlxalq Konkisürmə İttifaqı yarışlarda salto yerinə yetirməyə icazə verib
Beynəlxalq Konkisürmə İttifaqı konkisürənlərə yarışlarda salto yerinə yetirmək üçün icazə verib.
"Olimpsport" xəbər verir ki, bu qərar qurumun Las-Veqasda keçirilən konqresində qəbul olunub.
Təklif texniki komitə tərəfindən verilib və qaydalara edilən dəyişikliklər paketində səs çoxluğu ilə təsdiqlənib. Saltoların yerinə yetirilməsinə növbəti mövsümdən icazə veriləcək.