"Bakı"nın 2015/16 mövsümündəki son oyununun vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan I Divizionunda 2015/2016-cı illər mövsümünün son turunun təqvimi müəyyənləşib.

Olimpsport.az saytının məlumatına görə, may 12-də "Bakı" səfərdə “Şərurspor”un qonağı olacaq. "Bayıl Arena”da baş tutacaq qarşılaşma 20:30-da start götürəcək.