“Maynts” Nigeriya millisinin üzvünü Bakıya gətirmir

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Maynts”da müdafiəçi Leon Baloqunun durumuna aydınlıq gəlib. Olimpsport.az xəbər verir ki, 28 yaşlı futbolçunun zədəsinin ciddi olduğu məlum olub.

 

Bundesliqanın V turunda “Bayer”lə (2:3) qarşılaşmada zədələnən Nigeriya millisinin üzvü “Qəbələ” ilə qarşılaşmanı buraxmalı olacaq. Belə ki, həkimlər onun sentyabrın 29-da Bakıda baş tutacaq matçda iştirakına icazə verməyiblər. Baloqun həmçinin Bundesliqanın VI turunda “Volfsburq”la, eləcə də Nigeriya yığmasının növbəti oyununda da iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, “Qəbələ” – “Maynts” görüşü 8-ci km qəsəbə stadionunda keçiriləcək.(Apasport)