"Mançester Yunayted"in müdafiəçisi "Fənərbağça"ya keçə bilər
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Viktor Lindelöf karyerasını Türkiyədə davam etdirə bilər.
"Olimpsport" "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça" 29 yaşlı müdafiəçi ilə maraqlanır.
Komandanın yeni baş məşqçisi Joze Mourinyo isveçli oyunçunu heyətdə görmək istəyir.
Qeyd edək ki, Lindelöf 2023/2024 mövsümündə 28 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.