Şotlandiya millisinin müdafiəçisi iki oyunluq cəzalanıb
Şotlandiya millisinin müdafiəçisi Rayan Porteus Almaniyada təşkil olunan Avropa çempionatında iki oyunluq diskvalifikasiya edilib.
"Olimpsport" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb futbolçunun Almaniyaya qarşı açılış matçının (1:5) ilk hissəsinin sonlarına yaxın İlkay Gündoğanla mübarizədə kobudluğa yol verməsi olub.
Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan R.Porteus eyni zamanda Şotlandiyanın qapısına penalti təyin edilməsinə səbəb olub.
Qeyd edək ki, Şotlandiya AVRO-2024-də növbəti görüşlərini İsveçrə (19 iyun) və Macarıstana (23 iyun) qarşı keçirəcək.