Slovakiya Avropa çempionatlarına 35 və daha yuxarı yaşda üç futbolçu ilə başlayan ikinci komanda olub
Slovakiya Avropa çempionatlarına 35 və daha yuxarı yaşda üç futbolçu ilə başlayan ikinci komanda olub
Almaniyada təşkil olunan AVRO-2024-də E qrupunda yer alan Slovakiya millisi çempionata 35 və daha yuxarı yaşda üç futbolçu ilə başlayan ikinci komanda olub.
"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən gün Belçika ilə baş tutan görüşdə reallaşıb.
Slovakiya millisinin heyətində 35 yaşdan yuxarı üç futbolçu - Martin Dubravka (35 yaş), Peter Pekarik və Yuray Kuçka (hər ikisi 37 yaş) meydana çıxıb. Beləliklə, Slovakiya Avropa çempionatları tarixində 35 yaşdan yuxarı üç futbolçunu start heyətində meydana buraxan ikinci komanda olub.
Daha əvvəl bu rekord Fransa komandasına məxsus olub. Fransızların heyətində AVRO-2008-də Qreqori Kupe, Klod Makelele və Lilian Türam meydana çıxıb.
Qeyd edək ki, iyunun 17-də baş tutan Belçika - Slovakiya matçında ikincilər 1:0 hesablı qələbə qazanıb.