Almaniya və Macarıstan milliləri daha əvvəl 2 dəfə böyük turnirdə üz-üzə gəlib
Bu gün Avropa çempionatında qrup mərhələsinin II turu çərçivəsində üz-üzə gələcək Almaniya və Macarıstan komandaları daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) iki dəfə qarşılaşıblar.
"Olimpsport" xəbər verir ki, 1954-cü il dünya çempionatının finalında üz-üzə gələn tərəflərin duelində Bundestim qələbə (3:2) qazanıbsa, AVRO-2020-nin qrup mərhələsində baş tutan matç heç-heçə yekunlaşıb - 2:2.
Şotlandiya və İsveçrə yığmaları isə böyük turnirlər çərçivəsində bu gün ikinci dəfə üz-üzə gələcəklər. Komandaların ilk böyük sınağı AVRO-1996-nın qrup mərhələsində gerçəkləşib. Həmin qarşılaşma Şotlandiyanın 1:0 hesablı üstünlüyü ilə bitib.
Xorvatiya və Albaniya yığmaları isə indiyədək böyük turnirlərdə üz-üzə gəlməyiblər.
Qeyd edək ki, Xorvatiya - Albaniya matçı saat 17:00-da, Almaniya - Macarıstan oyunu 20:00-da, Şotlandiya - İsveçrə görüşü isə 23:00-da start götürəcək.