Danimarka - İngiltərə matçında ilk hissə başa çatıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə birinci hissə başa çatıb.

"Olimpsport" xəbər verir ki, C qrupunun oyununda tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.