16 yaşlı futbolçu driblinq sayında liderdir
İspaniya millisinin futbolçusu Lamin Yamal Almaniyada keçirilən Avropa çempionatında ən çox driblinq edən oyunçudur.
"Olimpsport" xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı vinger iki matçda 7 dəfə bunu bacarmağa müvəffəq olub.
İkinci yerdə onun komanda yoldaşı Niko Uilyams, belçikalı Ceremi Doku, almaniyalı Camal Musiala və isveçrəli Dan Ndoye qərarlaşıblar. Onların hər biri 6 dəfə uğurlu driblinq ediblər.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq. İspaniya yığması ilk matçda Xorvatiyaya (3:0), ötən gün isə İtaliyaya (1:0) qalib gələrək 1/8 finala vəsiqə qazanıb.