Kalafiori İtaliya millisinin tarixinə antirekordla düşüb

Rikkardo Kalafiori İtaliya millisinin tarixinə antirekordla düşüb.

"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, müdafiəçi Avropa çempionatlarında İtaliyanın ilk avtoqolunun müəllifi olub.

R.Kalafiori bu antirekorda Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin II turu çərçivəsində İspaniya ilə keçirilən görüşdə imza atıb.

Qeyd edək ki, İspaniya - İtaliya matçı birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.