AVRO-2016: “Mançester Yunayted” və “Bavariya”nın skautları Bakıya gəlir
Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turniri Avropanın tanınmış klublarının maraq dairəsindədir.
Olimpsport.az saytının məlumatına görə, “Mançester Siti”, “Arsenal”, “Sevilya” və “Portu” klublarından savayı, daha 6 klubun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar. “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Red Bull Zalsburq” (Avstriya) və “Middlsbro” (İngiltərə) klublarının skautları da UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın oyunlarını izləyəcək.