Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb.
"Olimpsport" xəbər verir ki, İsa Yusibov (65 kq) finalda rusiyalı Yasin Bersanukayevlə gərgin görüş keçirib.
Gəncə güləş məktəbinin yetirməsi 3:1 hesablı qələbə ilə Avropa çempionu olub.
Bundan başqa, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) bürünc, Muxamad Qantemirov (110 kq) gümüş medala sahib çıxıb.
Beləliklə, sərbəst güləşçilər Avropa çempionatının son günü ərəfəsində 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.