Azərbaycan güləşçiləri Rusiyada daha 3 medal qazanıb
Azərbaycan güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında daha üç medal qazanıb.
"Olimpsport" xəbər verir ki, U-15 yaş qrupu üzrə baş tutan yarışlarda Hüseyn Rzazadə (38 kq) gümüş, Rəşid Nazarov (52 kq) və Nihad Süleymanlı (75 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında güləş yarışları iyulun 2-dək davam edəcək.