İngiltərə millisi 1/4 finala vəsiqə qazanıb
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçına yekun vurulub.
"Olimpsport" xəbər verir ki, qarşılşamanın 25-ci dəqiqəsində İvan Şrants Slovakiya yığmasını hesabda önə çıxarıb.
Ancaq komanda üstünlüyü sona qədər qoruya bilməyib. 90+5-ci dəqiqədə Cud Bellinqem İngiltərə millisinin bərabərlik qolunu vurub.
Qarşılşamanın 90 dəqiqəsi heç-heçə bitdiyindən əlvə 30 dəqiqəlik vaxta ehtiyac duyulub. 91-ci dəqiqədə Harri Keyn İngiltərə millisinin ikinci qolunu vurmağa müvəffəq olub. Beləliklə, komanda 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, İngiltərə yığması 1/4 finalda İsveçrə ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da Düsseldorfda keçiriləcək.