İspaniya yığması 1/4 finala yüksəlib
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İspaniya - Gürcüstan qarşılaşması başa çatıb.
"Olimpsport" xəbər verir ki, İspaniya rəqibini 4:1 hesabı ilə məğlub edib.
Qarşılaşmanın 18-ci dəqiqəsində Roben Le Norman avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. Ardınca Fabian Ruis (51) və Niko Uilyams (75) hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni Dani Olmo qoyub. O, 83-cü dəqiqədə komandasının 4-cü qolunu rəqib qapısından keçirib.
Qeyd edək ki, İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılaşacaq. Görüş iyulun 5-də Ştutqart şəhərindəki "MHP Arena"da baş tutacaq.