Portuqaliya penaltilər seriyasında qalib gələrək 1/4 finala yüksəlib

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşü başa çatıb.

"Olimpsport" xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb - 0:0.

“Frankfurt Arena” gerçəkləşən qarşılaşmada qalib penaltilər seriyasında bəlli olub.

Burada daha dəqiq oynayan (3:0) portuqaliyalılar 1/4 finala yüksələrək Fransaya rəqib olublar.