Amerika Kuboku: Meydan sahibləri qrupda qalıb
ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.
"Olimpsport" xəbər verir ki, C qrupunda mübarizəyə yekun vurulub.
III turun matçlarında Uruqvay meydan sahibi ABŞ-ni (1:0), Panama isə Boliviyanı (3:1) məğlub edib. "Turan Tovuz"un panamalı legioneri Roderik Miller bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Bu nəticələrdən sonra Uruqvay 9, Panama isə 6 xalla növbəti mərhələyə vəsiqə qazanıb. ABŞ 3 xalla üçüncü olubsa, Boliviya turniri xalsız başa vurub.
Qeyd edək ki, turnir iyulun 14-də yekunlaşacaq.