Çili millisinin futbolçusu İtaliya klubundan ayrılıb
Çili millisinin futbolçusu Aleksis Sançes İtaliyanın "İnter" klubundan ayrılıb.
"Olimpsport" xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı hücumçu müqavilə müddəti başa çatdığı üçün "İnter"dən ayrılıb.
Qeyd edək ki, A.Sançes 2019-cu ildən "neradzurri"də çıxış edirdi. O, bu müddətdə klubla 5 kubok qazanıb. Forvard ötən mövsüm bütün turnirlərdə 33 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.