Bundesliqa klubu türkiyəli futbolçunun transferini açıqlayıb
Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Olimpsport" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “Nürnberq”dən türkiyəli Can Uzun transfer edilib.
18 yaşlı yarımmüdafiəçi ilə beşillik müqavilə imzalanıb.
Qeyd edək ki, Can Uzun Türkiyənin əsas millisinin heyətində bir matça çıxıb.