"Qarabağ"ın qapıçısı Yunanıstan klubuna keçib
Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili "Qarabağ"dan ayrılıb.
"Olimpsport" xəbər verir ki, 25 yaşlı qolkiper karyerasını Yunanıstanda davam etdirəcək.
O, bu ölkənin "Panserraikos" klubunda çıxış edəcək. Quqeşaşvili Superliqa təmsilçisi ilə müqavilə də imzalayıb. Onun sözləşməsi 2026-cı ilədək qüvvədə olacaq.
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən Azərbaycan çempionunun uğurları üçün çalışıb.